Interposta.Info

“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik (FOTO)

Müxtəlif
 11-04-2023, 09:22     276

Məşhur "WhatsApp” messencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, messencerdə dərc olunan statuslar birbaşa "Facebook” sosial şəbəkəsində görünə biləcək.

Seçimi "status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq "Facebook”un "hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.

Funksiyanın gələcəkdə "Instagram” üçün də tətbiq olunması planlaşdırılır.

Funksiya hazırda "WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq./oxu.az

İnterPosta.info

“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26