Zəli ilə müalicə: Bu xəstəliklərdə qətiyyən olmaz - İnfeksionist

"Zəlinin əsasən yüksək qan təzyiqi, yaddaş zəifliyi, oynaq ağrıları, bəzi sinir xəstəlikləri, trofik yaralarda və s. xəstəliklərdə istifadəsi mümkündür”.
Bunu "İnterPosta"-ya həkim-infeksionist Namiq Nəbiyev zəli ilə müalicənin faydalarından danışarkən deyib.
O bildirib ki, zəli qan azlığından əziyyət çəkən, tromb xəstəlikləri olan insanların müalicəsində istifadə oluna bilməz:
"Həkimlə məsləhətləşmədən zəli ilə müalicə aparmaq olmaz. Bu, çox təhlükəlidir”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26