Interposta.Info

Şirvan Şəhər İcra Hakimiyyəti: İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib

Müxtəlif / Manşet
 15-03-2023, 21:21     382

Şirvan Şəhər İcra Hakimiyyəti 11 mart 2023-cü il tarixdə İnterPosta.info-da yayımlanmış xəbəri təkzibin edir

Təkzibi olduğu kimi təqdim edirik:

Sizin “İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdi” başlıqlı paylaşımınıza cavab olaraq bildiririk ki, 11 mart 2023-cü il tarixdə elimizin

İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.

Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib.

İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz.
Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb.

İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur.

İnterPosta.info

Təkzibə səbəb olan xəbərə keçmək üçün toxunun!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26