Interposta.Info

İcra Hakimiyyəti müavin təyinatı xəbərini təkzib etdi (YENİLƏNİB)

Ölkə
 23-01-2021, 16:24     620

​Şirvan Şəhər İcra Hakimiyyəti Aynur İmamverdi qızı Fərzəliyevanın icra başçısının müavini təyin olunması ilə bağlı xəbəri təkzib edib.

Bu barədə Qaynarinfo-ya İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə kadr təyinatı olunmayıb.

22.01.2020
10.25

Şirvan Şəhər İcra Hakimiyyətində təyinat olub.

"İnterPosta"-nun Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı İcra Hakimiyyəti başçısı İlqar Abbasov əmr imzalayıb.

Əmrə əsasən, Aynur Fərzəliyeva icra başçısına müavin təyin edilib.

Qeyd edək ki, A.Fərzəliyevaya qədər bu vəzifəni Elmira Ağayeva icra edib. O, bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26