Interposta.Info

Azərbaycan telekanalları əyləncəli verilişlərin yayımını dayandırıb

Müxtəlif
 7-02-2023, 11:14     438

AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosu Türkiyədəki zəlzələ ilə əlaqədar proqramında dəyişiklik edib

"İnterPosta"nın xəbərinə görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq TV və radio proqramında dəyişiklik edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.

Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da 1 qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub. TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.

Bundan əlavə, QSC-nin TRT və “Anadolu Agentliyi” ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26