Interposta.Info

Qadın sağalmaz xəstə əri ilə saziş bağlayaraq onu güllələyib

Müxtəlif
 23-01-2023, 09:13     523

ABŞ-nin Florida ştatının Dayton Biç şəhərində qadın sağalmaz xəstə ərinə onu güllələyəcəyini, sonra isə intihar edəcəyini vəd edib.

İnsident yerli xəstəxanaların birində yaşanıb.

Xəstəxana işçiləri hadisə yerinə polis çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi silahını aşağı salmağa razı sala biliblər və onu nəzarətə götürüblər.

Qadın ərinin səhhətində yaranan problemlərə görə təxminən 3 həftə əvvəl aralarında söhbət olduğunu bildirib. Söhbət əsnasında belə qərara gəliblər ki, əgər kişinin vəziyyəti pisləşməkdə davam edərsə, o zaman arvadı onu öldürəcək.

Polisin məlumatına görə, hadisə nəticəsində xəstələrdən və xəstəxana işçilərindən heç biri xəsarət almayıb./lenta.ru

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26