Interposta.Info

Şagirdlərin yerdəyişməsinə başlanıldı

Müxtəlif
 17-10-2022, 11:58     329

Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.

"İnterPosta" xəbər verir ki, proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 5-də şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabrda ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26