Interposta.Info

"Facebook"da izləyicilər niyə azalır?

 

Müxtəlif
 12-10-2022, 15:23     291

Bu gün "Facebook" sosial şəbəkəsində bəzi istifadəçilərin izləyicilərinin azalması müşahidə olunur.

Məsələ ilə bağlı Mətbuat Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas Trend-ə bildirib ki, problem qlobaldır, hətta "Facebook"un yaradıcısı Mark Zukerberqin də profilinə təsir edib.

Onun sözlərinə görə, baş verən hadisənin "Facebook"da yaranan bir xətadan olduğu güman edilir.

"Bəzi hesablarda izləyicilərin sayı düzgün göstərilsə də, bir çoxunda say səhv göstərilir. Bir çox insan düşünür ki, bu, bot hesabların silinməsidir. Bəzi istifadəçilər təşvişə düşüblər ki, profillərinə müdaxilə olunub və izləyiciləri silinib, lakin bu, belə deyil. Problemin nə vaxt aradan qaldırılacağını demək çətindir. Çünki "Facebook" tərəfindən rəsmi açıqlama verilməyib", - deyə ekspert bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26