Interposta.Info

Rəşad Məcidin müavinləri müəyyənləşdi

Müxtəlif
 4-10-2022, 19:53     322

Bu gün Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.

"İnterPosta" xəbər verir ki, iclasda Mətbuat Şuranın sədr müavinləri məlum olub.

Belə ki, Səadət Məmmədov və Vüqar Zifəroğlunun Şuranın sədri Rəşad Məcidin müavini seçiliblər.

Bundan əlavə, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.

İclasda eyni zamanda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.

Qeyd edək ki, sentyabrın 24-ü Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

Xatırladaq ki, o bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26