Interposta.Info

QHT-dən yeni layihə:”Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır”

Müxtəlif
 27-09-2022, 09:56     420

”Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır” layihəsinin icrasına başlayıb.

İctimai birlikdən "İnterPosta"ya verilən məlumata görə,layihə çərçivəsində məişət tullantılarının idarə olunmasının Azərbaycan modelinin necə olması məsələsi araşdırlacaq. Gələcəkdə ölkəmizdə məişət tullantılarının vahid idarəçiliyi necə həyata keçiriləcəyini Mingəçevir şəhəri timsalında modeli qurmulacaq.Hazırlanan təkliflər dövlət qurumlarına və şəhər rəhbərliyinə təqdim ediləcək. Əhalinin tullantıalara münasibətini dəyişdirməyə,onu optimallaşdırmağa çalışaağıq. KİV və Televiziya vasitələrindən istifadə etməklə görülən işlər və onun nəticələri ictimaiyyətə çatdırılacaq.

Layihədə əsas məqsəd televiziya verilişləri vasitəsi ilə şəhər əhalisini məişət tullantılarının idarə edilməsi, tullantıların ətraf mühitə mənfi təsiri, sağlamlığa ziyanı ilə əlaqədar vəziyyətlə tanış etməkdir. Əsas fokuslanma Mingəçevir şəhəri və onun tullantılarının idarə edilməsi mövzusu olacaq. Şəhərdəki zibil poliqonunda müxtəlif tullantıların çeşidlənməsi, emal olunması məsələsi də araşdırılacaq.Şəhər əhalisinin maarifləndirilməsi məqsədi ilə bukletlər çap edilib paylayacaq, mütəxəsislərin, ekspertlərin iştirakı ilə mətbuatda, sosial çəbəkələrədə çıxışlar ediləcək.

Çəkiləcək iki televiziya verilişi vasitəsi ilə əhaliyə kommunal xidmətlərlə bağlı faydalı məsləhətlər veriləcək ki, bu da əhalinin mədəni səviyyəsini təbliğat yolu ilə artırılmasına xidmət edəcək.

Qeyd edək ki, çəkiləcək verilişlər ELTV və Kanal S televiziyaları ilə rəqəmsal yayımla bütün ətraf rayonlara və respublikaya yayımlanacaq. Həmçinin, bu verilişlər bir neçə saytda, sosial şəbəkələrdə və youtube də yayımlanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26