Interposta.Info

22 il əvvəl Şuşada gizli çəkilmiş fotolar

Müxtəlif
 8-09-2022, 10:09     260

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, diplomat Vilayət Quliyev 22 il əvvəl Şuşada gizli çəkilmiş fotoları yayıb.

"İnterPosta" xəbər verir ki, səfir paylaşdığı fotoların ATƏT-in şəxsi nümayəndəsi Andjey Kasprşikin çəkdiyini bildirib.

"Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir.

Şuşa muzeyinə hədiyyə edəcəyəm. Andjeyin bəlkə də yeganə xeyirli işidir…” - paylaşımda deyilir.

İnterPosta.info












Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26