Interposta.Info

"Yeni Müsavat"dan Azər Ayxanın istefası ilə bağlı rəsmi açıqlama

Müxtəlif / Manşet
 8-07-2022, 21:10     534

‘’Yeni Müsavat’’ Media Qrupu bildirir açıqlama yayıb.

"İnterPosta" xəbər verir ki, açıqlamada "Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş etdiyi bildirilir.

"Onunla aparılan danışıqların heç bir müsbət nəticə vermədiyini və son olaraq bu istefanın qəbul olunduğunu bəyan edirik. "Yeni Müsavat" Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk", deyə "Yeni Müsavat" Media Qrupundan qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26