Interposta.Info

Maşının altına düşən uşaq sağ qaldı - VİDEO

Müxtəlif
 20-05-2022, 09:26     322

İstanbulda yoldaşları ilə küçədə oynamaq üçün yolu keçmək istəyən balaca uşağın üstündən avtomobil keçib. Xoşbəxtlikdən, uşaq xəsarət almadan xilas olub.

"İnterPosta" "oxu.az"a istinadən xəbər verir ki, hadisə Mövlana rayonunda baş verib. Avtomobilin sürücüsü uşağı görməyib və hərəkətinə davam edib. Uşaq isə gözlənilmədən avtomobilin altına girib. Sonra isə sağ-salamat ayağa qalxaraq digər uşaqların yanına gedib.

Baş verənlərdən təəccüblənən uşağın yaxınları qaçaraq onun yanına gəliblər. Xəsarət alıb-almadığını yoxladıqdan sonra qucaqlarına alaraq evə aparıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26