Interposta.Info

Artıq virtual reallıqda öpüşmək mümkün olacaq - FOTO/VİDEO

Müxtəlif
 4-05-2022, 09:40     290

ABŞ mütəxəssisləri artıq virtual reallıqda öpüşmə və digər ağız təmasını hiss etmək üçün VR qarnituranı təkmilləşdiriblər.

Söhbət “Oculus Quest 2” virtual reallıq qarniturlarından gedir.

Belə ki, Pittsburqdakı Karneqi Mellon Universitetinin mühəndislərinin hazırladığı qarnitura istifadəçinin ağzına güclü səs dalğaları göndərən ultrasəs ötürücüləri quraşdırılıb. Ssenaridən asılı olaraq sensorlar ağız açıq olduqda istifadəçinin dodaqlarında, dişlərində və hətta dilində toxunma hissi yaradır.

“Əgər onlar bu ideyanı kommersiyalaşdırsalar, biz tezliklə dünyanın ilk virtual reallıq öpüşmə kabinəsini görəcəyik”, - deyə məlumatda bildirilib.
Mənbə: Gizmodo/oxu.az

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26