Interposta.Info

Şeirə, saza vurğun olan, İlahi yaradan xalqına bəxş etdiyi Şahgündüz - VİDEO

Müxtəlif / Manşet / Paradoks
 5-03-2022, 15:26     873

İlahi yaradan ailəsinə, xalqına bəxş etdiyi Şahgündüz!

13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olan Şahgündüz Cabbarov əslən Laçın rayonunun Oğuldərə kəndindəndir.

Orta təhsilini Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon Tam Orta Məktəbində təhsil almışdır.

2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft, mədən fakültəsinə daxil olur.

Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə korpus komandiri Mais Bərxudarov tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Şeirə, saza vurğun olan, İlahi yaradan xalqına bəxş etdiyi Şahgündüz - VİDEO

Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlamışdır.

Şəxsi həyatında da fərqlənməyi bacaran Azərbaycan Ordusunun əsgəri olan Şahgündüz Cabbarovun şeirə, sənətə bağlılığı, vətən-Laçın sevgisi onu hərzaman fərqələdirirdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü döyüşlərə yollanaraq, Füzulinin, Cəbrayılın, Qubadlının, Hadrutun, Tuğun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.

Şahgündüz Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Şəhid Xəzər rayonu, Binə sovxoz qəbiristanlığında dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda", "Füzuli "Xocavənd "Cəbrayilin azad olunmasına görə", və "Cəsur Döyüşçü" medalları ilə təltif olunmuşdur.

İnterPosta.info Media TV şəhid haqqında hazırladığı syjeti təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26