Interposta.Info

Müxtəlif ölkələrdə baş vermiş Mi-17 qəzaları – Ölənlərin statistikası

Müxtəlif
 1-12-2021, 15:04     241

Ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

Mi-17 tipli hərbi helikopterinin dünya ölkələrində, o cümlədən ölkəmizdə 1990-cı ildən bu yana baş verən qəzalarının statistikasını oxuculara təqdim edir.

Əvvəla qeyd edək ki, Mi-17 Sovet hərbi-nəqliyyat helikopteri sayılır. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa, dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur.

Dünyanın 60 ölkəsində istifadə olunan Mİ-17 helikopteri indiyədək 7 dəfə qəza keçirib. Qəzaların ikisi Azərbaycanda, beşi isə müxtəlif ölkələrdə baş verib. Qəza nəticəsində 71 nəfər hərbçi dünyasını dəyişib, 4 nəfər yaralanıb.

12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.

31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-17 qəzaya uğrayıb.

19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.

11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.

27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb, 5 nəfər ölüb.

27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.

30 noyabr 2021-ci ildə Azərbaycan ordusuna məxsus Mi-17 ölkənin Xızı rayonunda qəzaya uğrayıb, 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Bununla belə, Mi-17 helikopteri dünyanın müxtəlif ölkələrində döyüşlərdə, təbii fəlakət hadisələrində istifadə olunub. 2011-ci il Liviya vətəndaş müharibəsində həm Müəmmər Qəzzafi tərəfdarları, həm də inqilabçı qüvvələr tərəfindən istifadə edilib.

Mi-17 Əfqanıstan HHQ tərəfidən də istifadə olunub. 2010-cu ilin iyun ayında amerikan və əfqanlardan ibarət qarışıq heyətə malik 2 ədəd Mi-17, 13 saat əməliyyatlarda iştirak edib, bu vaxt ərzində 2,080 nəfərin daşqın zonasından çıxarılmasında istifadə olunub.

Mi-17 Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak edib. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulub.

Helikopter Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak edib. Eyni zamanda Azərbaycanda da Mi-17 helikopteri Birinci və İkinci Qarabağ müharibəsində aktiv istifadə olunub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26