Interposta.Info

Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya düşdü: ölənlər var

Ölkə / Manşet
 30-11-2021, 16:02     443

"Bu gün saat 10:40-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb".

"İnterPosta" xəbər verir ki, bu sözlər Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

"Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26