Interposta.Info

Bəxtiyar Hacıyevə təhqir mesajları yazan şəxs saxlanıldı

Müxtəlif
 19-11-2021, 11:27     315

Sosial şəbəkələrdə "mənəvi terrora" məruz qaldığını iddia edən ictimai fəal Bəxtiyar Hacıyev hadisəni törədən şəxsin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını açıqlayıb.

"İnterPosta" xəbər verir ki, Bəxtiyar Hacıyev bu barədə məlumatı "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşıb.

B. Hacıyevin paylaşımını olduğu kimi təqdim edirik:

"Bu axşam yenidən "Bandotdel" kimi tanınan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) dəvət edilmişdim.

3 il əvvəldən başlayan, son 8 ay ərzində intensivləşən mənəvi terror kampaniyasının bir qolu olan anonim Whatsapp nömrələri ilə bağlı son 3 ildə və son 8 ayda dəfələrlə DİN və DTX rəhbərliyinə müraciətlərim olmuşdu ki, tapın bu adamları. Aldığım rəsmi məktublarda "müvafiq araşdırmalar aparılmış, lakin sosial şəbəkələrin xarici ölkələrdən idarə olunması səbəbindən müsbət nəticə əldə edilməmişdir" kimi yolaverdi cavablar yazılırdı.

Nəhayət, bir neçə gecə əvvəl ofisdə köhnə proqramlaşdırma bacarıqlarımı işə salıb, sadə bir kod yazdım və bu mesajların arxasında dayananlarla bağlı təkzibedilməz sübutlar topladım, təqdim etdim DTX və DİN-ə. O gün postda yazdığım hipotetik narkobaron sualında olduğu kimi, artıq bu şəxsləri müəyyən etməmək həm də himayə etmək olardı.

Axşam məni dəvət etdilər BMCMİ-ə, məlumat verdilər ki, həmin şəxsi (texniki məlumatlarını verdiyim) saxlayıblar, həmin şəxslə üzləşmə keçirildi. Araşdırmanın gedişinə təsir etməmək üçün əlavə məlumatlar verməyəcəm, ancaq onu deyə bilərəm ki, mənim üçün bir daha aydın oldu ki, bu iş bir nəfər təhsilsiz adamın təkbaşına görəcəyi iş deyildi..."

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26