Interposta.Info

“Bandotdel”in narkotiklə tutduğu şəxs məhkəmədə bəraət aldı

Ölkə
 29-06-2018, 17:41     10 346

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin narkotiklə tutduğu şəxsə bəraət verilib.

"XeberBiz" xəbər verir ki, bu barədə BakuPost-a hüquq müdafiəçisi Ənnağı Məmmədli məlumat verib. Onun sözlərinə görə, proses bu gün Bakı şəhəri Xətai Rayon Məhkəməsində baş tutub. İbrahim İbrahimlinin hakimlik etdiyi məhkəmədə təqsirləndirilən şəxs Ağayev Rasif Nufəli oğlunun günahsız olduğu sübut edilib.

Belə ki, Ağayev Rafis Nufəli oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 25 sentyabr 2017-ci il tarixdə Azərbaycan Resoublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək saxlanılıb və həmin tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Rasif Ağayevə 16 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yeni ittiham elan olunub.

9 ay istintaq gedib. İstintaqdan sonra məhkəmədə sübut olunub ki, qaldırılan ittihamların hamısı quramadır və R. Ağayev azadlığa çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26