Interposta.Info

Yaxşı bir deyim var:" Axsaq atın kor nalbəndi olar", " Qurdlu lobyanın da kor müştərisi" - MÜƏLLİM

Müxtəlif / Paradoks
 7-10-2021, 10:51     2 565

Vəzifə öhdəliklərini yerinə yetirə bilməyən Həsənova bacılarına Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarov nə səbəbə yüksək vəzifə verir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

SURƏTİ: Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım Mehriban Əliyevaya
SURƏTİ: Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə
SURƏTİ: Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Korrupsiyaya qarşı baş mübarizə idarəsinin rəisi cənab Nazim Rəcəbova
SURƏTİ: Dəyərli saytlara, hörmətli sayt rəhbərlərinə

Ş İ K A Y Ə T

2019-cu ilin fevral ayında Təhsil nazirliyinin nəzarəti ilə Goranboy Rayon Təhsil Şöbəsinin əməkdaşları Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində yoxlamalar apardılar, yoxlamaların nəticəsi əsasında bu məktəbin təşlilatçı müavini Həvayət Həsənova vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün barəsində rəsmi olaraq TÖHMƏT elan olundu. Həvayət Həsənova eyni zamanda bu məktəbin direktoru Qabil Həsənovla əlbir olaraq məktəbdə qanunsuzluqlar edərək saxtakarlıqlara, nöqsanlara yol vermişdilər. Buna görə direktor Qabil Həsənov vəzifəsindən uzaqlaşdırılıb, Həvayət Həsənova bu məktəbə Goranboy Rayon Təhsil Şöbəsinə yeni müdür vəzifəsinə təyin olunmuş Seymur Nazarov tərəfindən 2021-ci ilin sentyabr ayında direktor vəzifəsinə təyin edilib.
TÖHMƏTİ olan, direktorla əlbir olub saxtakarlıqlar edən Həvayət Həsənovanın DİREKTOR vəzifəsinə təyin edilməsi nə dərəcədə qanunauyğundur?
Həvayət Həsənova şəxsi VATSAP nömrəsi ilə mənim VATSAP nömrəmə yazaraq göndərib ki, məndən 2019-cu ilin fevral ayında fezbuk sosial şəbəkələri vasitəsilə şikayətlər etdin, buna görə BORCA düşdüm, çoxlu Pullarım çıxdı. Yəni Həvayət Həsənova demək istəyir ki, 2019-cu ilin fevral ayında TÖHMƏT almağıma baxmayaraq, pulumu verdim TƏŞKİLATÇI müavin vəzifəsində saxlanıldım.
Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində 2009/2010; 2010/2011-ci tədris illərində bu məktəbin direktoru Eldar Hümbətov və direktorun təlim-tərbiyə işləri üzrə müavini İradə Həsənova qanunsuz olaraq sinif komplekti açaraq həmin sinif üçün sinif jurnalı təşkil edərək, bu sinifdə dərs deyəcək müəllimlər təyin etmişlər adlarına SAXTA əməkhaqqı cədvəllərinə kimi təşkil etmişlər. Bu sinfə təyin etdikləri müəllimlərin bir neçəsi Rusiya Federasiyasında olublar. SAXTA yaradılan sinifdə dərs deyən müəllimlərdən biri halhazırda Goranboy Rayon Təhsil Şöbəsinə müdür vəzifəsində çalışan Seymur Nazarov olub.
Bu məktəbdə ÜM-1 hesabat formasında 358 nəfər şagirdin olduğu qeyd olunmasına baxmayaraq qanuni sinif jurnalları üzrə şagirdlərin siyahısı 340 nəfər müəyyən edilmişdi, 18 nəfər şagird artıq olmuşdu. Qeyd etdiyim bu nöqsanlara və digər saxtakarlıqlara görə İradə Həsənova PEDAQOJİ ŞURANIN QƏRARI ilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsindən azad olunmuşdur. Məktəbin ƏMR kitabında var: 16.01.2012-ci il, Pedaqoji Şura kitabında da var: Protokol N-4.
Bu qərarla çıxan İradə Həsənovanı nə səbəbə bu məktəbə DİREKTOR vəzifəsinə təyin ediblər?
Təhsil naziri cənab Emin Əmrullayev bu məsələlərdən xəbərdardımı və nə səbəbə imkan verirki Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarov bu Həsənova bacılarına yüksək vəzifə versin?
Həsənova bacıları vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün Cəza almalıdılar, bunlara hüquq-mühafizə orqan əməkdaşları hüquqi qiymət verməlidi.
Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdür vəzifəsinə təyin olunub, bu rayonun təhsil sistemində dəyişiklik edərək, sağlam kadrlar seçib vəzifələrə təyin etmək əvəzinə bəzi yarıtmaz kadrları başına toplayaraq Millətin gələcəyi olan TƏHSİLİ məhfə aparır. Goranboy TƏHSİLİ " YAĞIŞDAN çıxıb YAĞMURA " düşüb.
Nəzərinizə çatdırıram ki, yuxarıda qeyd etdiyim nöqsanların hər biri haqqında sənədlər əsasında sübutlarım var, həmin sənədləri Sizlərə təqdim edə bilərəm.
İnanıram ki, nəzarətinizlə obyektiv araşdırılma aparılacaq, günahı olanlar layiqli cəzalarını alacaqlar.

Ulu öndər, dahi şəxsiyyət, ölməz lider Heydər Əliyev demişdir:
" Dövlət iki şeydən sarsılar"
- Günahkarlar cəzasız qalanda;
- Günahsızlar cəza alanda.

Hörmətlə, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu.
Qarşı tərəfidə dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26