Interposta.Info

Zərdablıları ölkə rəhbərindən narazı salan rayon rəhbərliyidir, yoxsa Ədliyyə Nazirliyi? - VİDEO

Müxtəlif / Manşet
 23-03-2021, 00:56     1 311

Zərdab rayon sakinləri rayondakı özbaşınalıqdan aydiyatı üzürə bütün orqanlara müraciət etdiklərini deyirlər.

Onlar İnterPosta.info-ya bildirib ki, Ədliyyə Nazirliyində ərazi üzrə kurator vəzifəsində işləyən Seymur Nağıyev onların şikayətinə əhəmiyyət vermir.

Şikayətdə deyilir:

Hörmətli Cənablar !

Sizə və səlahiyyətli orqanlara Zərdab rayon Dəliquşçu kənd sakinləri yazıb bildiririk ki, siz başda olmaqla səlahiyyətli orqanlara Dəliquşçu kəndində sabiq bələdiyyə sədri Qəhrəmanov Allahverdi heç bir sənədi olmadan kənd camaatının təyinatl sırf örüş torpaq sahəsi olan 50 hektar yeri mənimsəmiş və həmin örüş torpaqlarını böyük texnikala sürdürərək 20 hektar yonca və 20 hektar taxıl əkib eyni zamanda mişar daşından böyük ferma tikərək, balıq gölü yaradaraq öz xüsusi mülkiyyəti kimi istifadə edir . Bu barədə cənab Prezident siz başda olmaqla aidiyyatı orqanlara çoxlu sayda müraciətlər etmişik. Tədbir görülməsi üçün hamısı göndərilib Ədliyyə Nazirliyində ərazi üzrə kurator vəzifəsində işləyən Seymur Nağıyevə.O, isə dövlət qanunlarını yox öz şəxsi maraqlarını ali tutub örüş yerini qanunsuz əkən, balıq gölü yaradan, mişar daşından böyük ferma inşa edən Allahverdi Qəhrəmanovun cinayətinin üstünü ört-bastır edir.Həmin torpağın təyinatı örüşdür.Örüş torpağının əkilməsi isə cinayət əməli hesab edilir.
Bu gün biz Zərdab rayonu Dəliquşçu kənd sakinləri adından Prezident cənab İlham Əliyev başda olmaqla Respublika Baş Prokuroru Kamran Əliyevə, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova müraciət edib xahiş edirik bizim şikayətimizi yerində obyektiv araşdırıb örüş torpaqlarını qanunsuz əkib becərmiş, balıq gölü yaratmış və böyük ferma inşa etdirmiş Allahverdi Qəhrəmanovun və onu himayə edən Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Seymur Nağıyevin barəsində ciddi tədbirlər görəsiniz.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -
bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə -
üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info


İmza; Zərdab rayonu Dəliquşçu kənd sakinləri
İmaməliyev Natiq Yaqub oğlu əlaqə telefonu; (050) 894-01-58
Kərimov Telman Lətif oğlu 2-ci qrup Qarabağ müharibəsi əlili
Hüseynov Alim Ağacan oğlu
Hüseynov Ağalar Böyükağa oğlu
İsgəndərov Bayram Yolçu oğlu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
surəti; Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
surəti; Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova
surəti; Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova
Zərdab rayonu Dəliquşçu kənd sakinləri tərəfindən

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26