Interposta.Info

Kollec məzunu olan şəxslər müəllim işləyə bilər? (VİDEO)

Müxtəlif
 6-10-2021, 23:03     353

Müəllimlərin işə qəbulu ilə bağlı bəzi məsələlər öz həllini tapmaqda çətinlik çəkir. Belə məsələlərdən biri də kollec məzunu olan şəxslərlə bağlıdır. Onlar müsabiqədə lazımı bal yığsalar da təyin olunduqları məktəbdə işləyə bilmirlər. Buna səbəb nədir, əməkdaşlarımız araşdırıb.

Onlar lazımi bal toplasalar da, öz ixtisasları üzrə işləməkdə problem yaşayırlar. Çünki təhsil aldıqları müəssisə kollecdir. Belə gənclərdən biri, Vəsilə Nağıyeva Gəncə regional kollecini peşə təlimi ixtisası üzrə bitirib, müəllimlərin işə qəbulu üzrə imtahan verib, 45 bal toplayıb, İsmayıllının Burovdal kəndinə müəllimə təyin olunsa da müsahibəyə buraxılmayıb.

Vəsilə Nağıyevanın sözlərinə görə peşə məktəblərində cəmi 131 vakansiya var ki, burada da qəbul olma şansı həddindən artıq azdır. Zenfira Həsənova da eyni kollecin məzunudur və eyni problemlə üzləşib:

Təhsil Nazirliyinin rəsmisi isə deyir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarına əsasən müsabiqənin test mərhələsində yalnız ali və orta ixtisas müəssisələrini pedaqoji profil üzrə bitirmiş, dövlət nömrəli sənəd əldə etmiş şəxslər iştirak edə bilər.

Qeyd edək ki, bu məsələ ilə bağlı problemlə üzləşən məzunların sayı kifayət qədərdir və onlar məsələnin həlli üçün Təhsil Nazirliyi tərəfindən müvafiq addımlarlın atılmasını gözləyirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26