Interposta.Info

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq
 

Ölkə
 13-09-2021, 09:42     454

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq.

"İnterPosta"xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Real TV”də yayımlanan "Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:

"Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26