Interposta.Info

Azərbaycanda 19 yaşlı qadın üçəm dünyaya gətirdi

Müxtəlif
 10-09-2021, 10:15     716


Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

"İnterPosta" məlumatına görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər hazırda uşaqların sərbəst nəfəs aldıqlarını, çəkilərinin artdığını və laborator göstəricilərinin yaxşı olduğunu bildirib: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26