Interposta.Info

Koronavirusa qarşı antitel bədənimizdə nə qədər müddət qalır?
 

Müxtəlif
 7-08-2021, 08:58     547

Elm adamları koronavirusa qarşı antitellərin insan bədənində nə qədər qala biləcəyini açıqlayıblar.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Barselonanın Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) saytında məlumat verilib.

Araşdırmaya görə, yoluxan orqanizmdə antitel səviyyəsi yeddi ay sonra da sabit qalır və ya hətta yüksəlir. Mütəxəssislər insanların 75 faizində xəstəliyin başlanmasından beş ay sonra antitellərin sayının artdığını və koronavirusa yenidən yoluxma faktının olmadığını qeyd ediblər.

Həmçinin, soyuqdəymə səbəbindən xəstələnmiş, eyni zamanda koronavirusa yoluxmuş orqanizmdə də antitellərin əlavə qorunmanı təmin etdiyi ortaya çıxıb.

Xatırladaq ki, daha əvvəl Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri, professor Sergey Netesov da COVID -19-a qarşı hüceyrə toxunulmazlığının qorunma vaxtını açıqlamışdı. Onun fikrincə, peyvənddən sonra orqanizmdə antitelin fəaliyyəti, təxminən altı ay davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26