Interposta.Info

Ekspert: “Delta” ştammı Cənubi Qafqazda yayıla bilər

Müxtəlif
 1-07-2021, 20:39     441

"Koronavirusun "Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir".

Bunu "Report”a Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib.

Ekspert "Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb.

Azərbaycanın indiyədək koronavirusa yoluxma sayını azaltmaq istiqamətində çevik tədbirlər həyata keçirdiyini qeyd edən ekspert "Delta” ştammının da yayıldığını nəzərə almaqla ölkədə peyvəndləmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26