Interposta.Info

Humay Hümbətov kimdir, Mahir Abbaszadəni bu ada nə bağlayır -FOTO

Müxtəlif / Manşet
 19-05-2021, 14:55     2 292

İlk öncə diqqətinizə onu çatdıraq ki, mərhum Humay bəy Laçın rayon Güləbird kəndində öz şərəfinə 1988-ci ildə HUMAY adlı bulağ inşa etmişimiş. Məlumat üçün onuda qeyd edək ki, Laçın rayonun Milli Məclisdə təmsil edən Mahir Abbaszadə bu kəndin sakinidir və 29 ilin həsirətindən sonra doğma yurdun ziyarət edib.

Mahir Abbaszadə haqqında yayılan informasiyaya Humay Hünbətovun nəvəsidə açıqlama verib.

Açıqlamanı kiçik redaktla təqdim edirik:

Rəşad Hümbətov: "Humay Hümbətov mənim babamdır. Babam onun adını daşıyan bulağı 1968-ci ildə Laçın raonunun Güləbird kəndində inşa edib. Bulağın üzərində 1988-ci ildə abadlıq işləri aparılıb. Babam şəhid olmayıb, öz əcəli ilə vəfat edib.


Əmim Rizvan Hümbətov 1992-ci ildə şəhid olub. Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Millət vəkili Mahir Abbaszadə haqqında yayılan görüntülər həqiqəti əks etdirmir, bu Mahir Abbaszadəyə bəzi "mətbuat" numayəndələri tərəfindən aparılan qarayaxma kampaniyasıdır.
Qeyd edim ki, babam mərhum Humay Hümbətov o bulağı insanların üzərində məclis qurub asudə vaxtlarını keçirməsi üçün inşa edib. Hər kimin yolu ordan düşərsə, bulaqdan könül xoşluğu ilə istifadə edə bilər."

Bu açıqlamanı mərhum Humay Hümbətovun nəvəsi Rəşad Hümbətov "Laçın" səhifəsinə vermişdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26