Interposta.Info

Azərbaycanda vaksin olunanların sayı açıqlanıb FOTO

Müxtəlif
 3-04-2021, 08:54     384

Aprelin 2-də Azərbaycan Respublikasında 32 min 670 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 509, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 21 min 161 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 889 min 33-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 319 min 39 nəfərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26