Interposta.Info

Dünyanın ilk kompüterinin iş prinsipinin sirri çözüldü

Müxtəlif
 12-03-2021, 20:44     551

Böyük Britaniyadan olan bir qrup alim "Antikiter mexanizmi”nin dişli cihazın - iki min il əvvəl yaradılmış mexanizmin işləmə qaydasını üzə çıxara bilib.

"İnterPosta" xəbər verir ki, bu haqda elmi araşdırma "Scientific Reports”da dərc edilib.

Antikitera gəmisi Yunanıstanın Antikitera adası yaxınlığında batıb. Gəminin yunanlar tərəfindən düzəldildiyi və Romaya gedərkən qəzaya uğradağı güman edilir.

Batmış gəmi 1900-cü ildə tapılıb və bu ərazidə üç il qazıntı işləri aparılıb ki, bununla da sualtı arxeologiyanın başlanğıcı qoyulub.

Gəminin batmasına səbəb olan "dünyanın ən məşhur gəmi qəzalarından biri" adlı fəlakət haqda arxeoloqlar digər artefaktlar arasında ən azı 30 bürünc dişli və iki kadranı ehtiva edən bir mexaniki cihaz tapılandan sonra ciddi danışılmağa başlanılıb. "Antikitera Mexanizmi" bəzən "tarixin ilk kompüteri" də adlandırılır. Onun göy cisimlərinin hərəkətini hesablamağa xidmət etdiyi güman edilir.

Mütəxəssislər cihazın gizli səthlərindəki yazıları oxumağı bacarandan sonra digər şeylər arasında iki - 462 və 442-ci il rəqəmlərinə diqqət yetiriblər. Bu, müvafiq olaraq Venera və Saturn dövrlərinə təsadüf edir. Filosof Parmenidin izah etdiyi riyazi metoddan istifadə edərək qədim yunanların planetlərin dövrlərini hesablaya bildikləri və bunları nəzərə alacaq bir mexanizm yaratdıqları ehtimal olunur./qaynarinfo


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26