Interposta.Info

Fərdi məlumatların “qara bazarı”nın yaratdlğı təhlükələr müəyyən edilib

Müxtəlif
 4-03-2021, 18:09     431

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutnun
direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Rasim Mahmudovun
həmmüəllifi olduqları “Fərdi məlumatların “qara bazarı”nın xüsusiyyətləri və yaratdığı
problemlər” adlı məqalə Rusiyanın nüfuzlu “Информационное общество”
(“İnformasiya cəmiyyəti”) jurnalında dərc olunub.
Məqalədə göstərilir ki, strateji əhəmiyyətinə görə "XXI əsrin valyutası" adlandırılan
böyük verilənlər öz dəyərinə görə neft ehtiyatları ilə müqayisə edilir. Dünyada
innovativ təşəbbüslərin, informasiya və bilik iqtisadiyyatının əsasında böyük
verilənlərin analitikası dayanır. Böyük verilənlərin əsasını isə fərdi məlumatlar təşkil
edir.
Tədqiqat işində qeyd edilir ki, fərdi məlumatların dəyəri və əhəmiyyəti artdıqca, ona
olan tələbat da yüksəlir. Fərdi məlumatların istifadəsi ilə bağlı qanuni məsuliyyət
normaları və məhdudiyyətlər mövcud olduğundan, onlardan qanunsuz biznes və
cinayət məqsədləri üçün istifadəyə olan tələbat bu sahədə "qara bazar"ın
formalaşmasına gətirib çıxarmışdır.
Məqalədə fərdi məlumatların “qara bazar”ının mahiyyəti, xüsusiyyətləri araşdırılır.
“Qara bazar”da alqı-satqı obyekti olan məlumat və xidmət növləri, texnologiyalar və
onların qiymət siyasəti şərh olunur, həmçinin “qara bazar”da əldə edilən fərdi
məlumatların hansı məqsədlər üçün istifadə edildiyi müəyyənləşdirilir. Eyni zamanda,
bu cür məlumatların qeyri-qanuni əldə edilməsi və satılmasının şəxsi, korporativ və
milli maraqlar baxımından yaratdığı təhlükələr müəyyənləşdirir və “qara bazar”la
mübarizə yolları göstərilir.
Qeyd edək ki, “Информационное общество” jurnalı “Web of Science” bazasında
indeksləşir.

AMEA İnformasiya Texnologiyaları İnstitunuun İctimaiyyətlə əlaqələr şöbəsi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26