Interposta.Info

Təhsil Nazirliyindən məktəblərlə bağlı açıqlama

Müxtəlif
 24-02-2021, 11:52     594

Qarlı hava şəraiti ilə bağlı Bakının orta məktəblərində davamiyyət aşağı düşüb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovun Baku.ws-ə verdiyi məlumata görə, paytaxtın təhsil müəssisələrində davamiyyət göstəricisi aşağı olsa da, ümumilikdə hələlik rəqəmlər məlum deyil.

“Ümumi davamiyyətlə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Bakıda bir çox məktəblərdə tədris təxirə salınıb.

Əlverişsiz hava şəraiti sabaha qədər davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26