Interposta.Info

Moskvada elə qar var... 6 reys təxirə salındı, 15-i gecikir

Dünya
 28-11-2018, 14:16     511

Moskva aeroportlarında əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 15-dən çox reys ləngiyir.

Trend-in məlumatına görə, yerli vaxtla saat 07:50-ə "Domodedovo" hava limanında iki reys təxirə salınıb, 7-si gecikib, "Şeremetyevo"da isə 4 reys ləngiyib.

Bundan başqa, "Vnukovo" aeroportunda 4 reys ləğv olunub, 4-ü gecikib.

"Jukovski" hava limanından uçuşların cədvəlində dəyişikliklə bağlı məlumat verilmir.

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqədar səhər saatlarında Moskva yollarında tıxac 4 bala çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26