Interposta.Info

Moskvada qar elə yağdı, təyyarələr yerdə qaldı

Dünya
 31-01-2018, 15:14     10 443

Moskvanın bir neçə hava limanında ümumilikdə 20-dən çox reys təxirə salınıb və ya yubanır.

Trend-in məlumatına görə, Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reysin uçuşu isə ləngiyir.

Domodedovo aeroportunda 8 reysin təxirə salındığı varədə məlumat verilib.

Məlumata görə, Vnukovo hava limanında isə 1 reys təxirə salınıb, 3 reys yubanır.

Moskva aeroportlarını iflic edən isə qeyri-sabit hava şəraitidir. Qeyd edək ki, Moskvada ötən gecədən başlayaraq güclü qar yağır. Sinoptiklər qarın bu gün ərzində də yağacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, Rusiya paytaxtından ölkəmizə, eləcə də ölkəmizdən Moskvaya olan reyslərdə problem yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26