Interposta.Info

Ali Məhkəmənin plenum iclasının qərarına əsasən REAL partiyaının sədri İlqar Məmmədov bəraət almışdı.

Müxtəlif
 9-09-2020, 11:15     726

Qərara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.

Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. Mənəvi təminatın məbləği 234 min manatdır.

Bildirək ki, partiyanın digər üzvü Rəsul Cəfərov da bəraət alıb. Ona isə 57 min 400 manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarılıb.

Artıq hər iki şəxsə kompensasiya ödənilib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26