Interposta.Info

Ağcabədi Rayon polis rəisinin himayədarlıq etdiyi adam kimdir? – PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

Müxtəlif
 28-06-2020, 14:28     1 320


Evi əşyalarılyla birlikdə əlindən alınan qadın ölkə başçısına müraciət etdi

Bu gün əhalinin çoxluq təşkil edən hissəsinin dövlət başçısından razılığı şübhəsizdir. Amma sirr deyil ki, bəzi xırda və iri məmurlarla əhali arasında ciddi problem yaşanır. Müəyyən mövqe tutan məmurlar var ki, nə özləri, nə də övladları xalqa hörmət etmək istəmir. Onlar tutduqları vəzifədən sui-istifadə edərək insanların haqqını tapdayır, ən xırda qayğılarının həllinə çalışmır. Məmur özbaşınalığı o həddə çatdı ki, ölkə başçısı bununla bağlı xüsusi açıqlamalar verdi. Bəli, bu gün Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Bu siyasət əhalinin narazı qaldığı məmurların islah olunmasına yönəlib. Hazırda məmur və məhkəmə haqsızlıqlarıyla üzləşən Səidə Hüseyn qızı Hümbətovanın ölkə başçısına müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli, cənab Prezident,

Sizin ölkədə bütün sahədə islahatlar apardığınız ərəfədə məmurların özbaşınalığı hazırda da davam edir. Çəkinmədən demək olar ki, Siz qanunsuzluqlar barədə ən sərt tənqidi mövqeni vurğulayır və bu halların aradan qaldırılması üçün həm hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, həm də medianın, digər ictimai nəzarət institutlarının öz funksiyalarını yerinə yetirməsinin vacibliyini dəfələrlə vurğulayırsınız.

2006-cı ildə ailə qurmadan öncə, keçmiş baldızımın həyat yoldaşı, hazırda Ağcabədi rayon polis şöbəsinin rəisi olan Ənvər Həsənov, atama təklif etdi ki, keçmiş həyat yoldaşım Yaşar Məmmədovun iki otaqlı evi var, onu satıb yeni mənzil almağı təklif etdi. Əvəzində isə atama cehiz almamağı bildirdi. Ailəm razı olduqdan sonra, onlar evi 18000 azn-ə satdılar. Atam da 10000 azn verdi və 28000 azn-ə yeni mənzil alındı. Beş il orda yaşadıqdan sonra, həmin mənzili 70000 azn-ə satdıq.

Daha sonra atam satılan mənzilin pulundan öz payını götürdü və hazırda əlimdən alınan mənzili atam mənə aldı.

Lakin keçmiş həyat yoldaşımın banklara küllü miqdarda borcu olduğuna görə, ev mənim adıma keçirilsəydi bank əlimdən ala bilərdi. O baxımdan təklif olundu ki, ev keçmiş qaynanamın adına alınsın, daha sonra oğlum Abdulla Məmmədova vəsiyyət ediləcəkdi. Biz də bununla razılaşdıq. Beş il o evdə yaşadıqdan sonra, həyat yoldaşımdan ayrıldım. 2016-cı ildə boşanmaq haqqında ərizə verdim və biz boşandıq. Məhkəmə olan müddətdə keçmiş həyat yoldaşım bir dəfə də olsun məhkəmələrə gəlmədi. Məhkəmə 2016-cı ilin iyununda başanmaq haqqında qərarı qəbul etdi. 2016-cı ilin may ayında isə mənə aliment ödənməyə başlandı. Boşanma ərəfəsində isə mən qarşı tərəfə bildirmişdim ki, ya evimi özümə qaytarın, ya da ki, mən evdən çıxıram. Və bunlar razılaşandan sonra, keçmiş həyat yoldaşım evi qaynanamın adından öz adına, öz adından da mənim adıma keçirtdi. Pulun qalan hissesinə isə keçmiş baldızımın adına Xəzər rayonunda yeni tikili binadan 2 otaqlı ev aldılar.

Ev mənim adıma keçən də artıq boşanma bitmişdi. Keçmiş həyat yoldaşım məni narahat etdiyinə görə, o evdən çıxmalı oldum və evi kirayə verməli oldum. Özüm isə ipotekaya mənzil götürdüm. Bu mənzili kirayə verməyimə səbəb isə ipotekanı ödəməyim idi. Qarşı tərəf eşidən kimi ipotekaya ev götürmüşəm, mən məhkəməyə verildim. İddia qaldırmağına səbəb kimi, sözügedən mənzilin birgə nigah dövründə alınması olduğu idi. Mən isə, Xətai Rayon Məhkəməsinə təqdim etdiyim sənəddə bildirdim ki, ev mənim adıma keçəndə birgə nigah dövrü olmayıb. Bu evi də mənə ailəm alıb. Digər tərəfdən isə, bu adam mən ailement də ödəyib. Daha sonra isə o, məhkəmə gedişatında iddiasını dəyişdirdi ki, guya boşanmış olduğundan xəbəri olmayıb. Əsas tələbi isə müqavilənin ləğvini tələb etməsiydi. Hakim onun iddiasını ləğv etdi. Daha sonra isə Appelyasiya Məhkəməsinə verildim. Digər tərəfdən isə, qarşı tərəfin vəkili var idi, mənim isə yox. Appelyasiya məhkəməsində dörd gedişat oldu. 1-ci gedişatda hakim onun dediklərini təsdiqləyirdi, 2-ci gedişatda isə onun vəkili gəlmədi. Və mən çox gec ayıldım. Artıq onlar hakimi ələ almışdılar və ona əsassız sübutlar toplanmışdı. Hakim Məmməd Məmmədov keçmiş həyat yoldaşımın boşanmış olduğundan xəbərsiz olduğunu əsas gətirərək, onun xeyrinə qərar verdi. Əgər xəbərsiziydisə, alimenti hansı əsasla ödəyib. Çoxlu əsaslarım, sənədlərim olmasına rəğmən, hakim gözucu olsa da baxmadı. Hazırda isə işi Konstutsiya
Məhkəməsinə vermişəm.

Bundan əlavə Ali Məhkmənin qərarı qüvvəyə minməmiş və icra şöbəsinə yönləndirilməmiş, 2020-ci il yanvar 27-də evə gəldiyim də mənzilin qıfılının dəyişdirildiyini gördüm. 102-yə dərhal məlumat verdim və 34-cü polis bölməsinin əməkdaşları gəldi. Polislər bunun cinayət işi olduqlarını da hadisə yerinə çatdıqların da bildirmişdilər. Digər tərəfdən isə, məhkəmə qərarını vətəndaş özü yox, icra şöbəsi yerinə yetirməlidir. Qapını döydülər və içəri də keçmiş həyat yoldaşım Yaşar Məmmədov və anası var idi. Keçmiş həyat yoldaşım Yaşar Məmmədovun iki otaqlı mənzili olmasına baxmayaraq, onlar mənə aid olan mənziləm qanunsuz daxil olmuşdular.

27.01.2020-ci il tarixdə Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi Həsənov Ənvər Muxtar oğlu tərəfindən mənə qarşı edilən özbaşınalığın nəyinki qarşısı alınmayıb, hətta indiyə kimi davam edir. Belə ki,onun qaynı və qayınanası ( keçmiş həyat yoldaşım - Məmmədov Yaşar Abdulla oğlu və anası- Məmmədova Zənurə Rza qızı ) hələki mənə məxsus Xətai Rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsi, ev 39 F, giriş 1, 67 nömrəli mənzilimə, qeyri-qanuni yolla qapının kilidini qıraraq soxulub, kilidi yenisiylə dəyişərək, içində 30000 manat ( otuz min manat –qohumlardan borc almışdım ipotekaya ödəniş etmək üçün) pulumu və 15000 manat ( on beş min manat ) dəyərində əşyalarımı ,mənzillə birgə özbaşınalıqla mənimsəyiblər. 102-yə zəng vurub bildirsəm də,Xətai RPİ-nin 34-cü PŞ-də şikayət ərizəsi yazsam da,DİN-nə şikayətimi mail vasitəsilə yazsam da, şikayətimlə bağlı heç bir araşdırma aparılmadan,cinayət işi başlanması rədd edildi. Təhqiqatın gedişatı barədə məlumat almaq üçün Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək təhqiqatçı Əhmədov Ramil ilə dəfələrlə əlaqə saxlamağa çalışsam da,dəfələrlə 102-yə zəng vurub işin gedişatı haqda mənə heç bir məlumat verilmədiyini,Xətai RPİ-nin 34-cü PŞ-nin polislərinin Həsənov Ənvərə tərəfdaşlıq etdiklərini bildirsəm də,bu özbaşınalığın qarşısı alınmadı.Şikayətimə rədd cavabını belə məndən gizlədərək, mənə qarşı süründürməçilik edirdi. Şikayətimə rədd cavabını 02.03.2020-ci il tarixdə 102-yə növbəti zəngim zamanı öyrəndim,halbuki o vaxta qədər mən dəfələrlə 102-yə zəng vurub təhqiqat haqda məlumat ala bilmədiyimi bildirsəm də,102-nin əməkdaşları mənim iradımı Xətai RPİ-nin 34-cü PŞ-nə bildirəcəklərini deyirdilər.Buna ramən 06.02.2020-ci il tarixdə təhqiqatın aparılmasının rədd edildiyi məlumatı Xətai RPİ-nin 34-cü PŞ-i tərəfindən gizlədilir,təhqiqatın davam edildiyi mənə deyilirdi..Məmmədov Yaşar tərəfindən qapının kilidinin qeyri-qanuni yolla qırıb yenisiylə əvəz edilməsi cəzasız qaldığı üçün,indi də qapımı yerli-dibli sökdürərək yeni qapıyla əvəz etdirib.Necə araşdırma aparılıb ki,araşdırma gedə-gedə növbəti özbaşınalığa yol verilir, Əhmədov Ramil şikayət ərizəmə rədd cavabı bildirərkən vurğulayıb ki,qarşı tərəfi heç cür tapıb bölməyə gətizdirib izahatını ala bilməyib,ancaq telefon vasitəsilə əlaqə saxlaya bilib.Bu birinci yalan və qarşı tərəfə tərəfdaşlıq etməsinin sübutu,belə ki,27.01.2020-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin polisləri ünvana gələndə Məmmədov Yaşar və anası mənə məxsus mənzildəydilər. Onlar polislərə qapını açdıqda polislərdən biri həmən içəri daxil olub Yaşargilə pıçıltyla nəsə dedikdən sonra,Yaşar telefonla kiməsə zəng etdi,daha sonra polislərdən birinə zəng gəldi və polislər öz aralarında pıçıltıyla ‘tapşırılıbdır’dedilər və bir müddət orda mübahisədən sonra ,polislər bizi ,yəni məni, M.Yaşar və anasını bölməyə aparıb ifadələrimizi alacaqlarını dedilər,Öndən məni apardılar,dedilər ki, M.Yaşar və anasını o biri maşınla gətirəcəklər.Əgər M.Yaşar və anasını bölməyə aparmışdılarsa,niyə Əhmədov Ramil onların izahatlarını almayıb??? Eger M.Yaşar və anasını bölməyə aparmadılarsa,səbəbi nə idi, mən əlimdə kupçamı göstərirəm, evin hal-hazırki sahibi mənəm deyirəm, onların evə qeyri-qanuni soxularaq məni mənzilimə buraxmadıqlarına polislər şahid olsalar da,meni bölməyə aparib izahatımı alırlar,amma onları əllərində o evlə bağlı heç bir sənəd-sübut olmadan o evdə qalmalırına hansi qanuna əsasən icazə verdilər??? Video Kameralardan da izləmək olar.

Mənim izahatımı aldıqdan sonra buraxdılar. Bir neçə dəfə 34-cü polis bölməsinə getdim və işin nə yerdə olduğunu öyrənməyə çalışdım. Artıq qalmağa yerim yoxuydu. Digər tərəfdən isə, bütün əşyalarım və pulum mənzildə qalmışdı. Sonradan öyrəndim ki, bölmənin əməkdaşı Ramil Əhmədov əsassız yerə işə xitam verib. Səbəb kimi isə, qarşı tərəflə əlaqə qura bilməməsini göstərib. Eyni zamanda qarşı tərəfdən heç bir izahat alınmayıb. Mənim hüquqlarım kobud şəkildə pozulub.

Hörmətli cənab Prezident, düşünürəm ki, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Hazırda mən Azərbaycan vətəndaşı kimi hüquqlarım kobud şəkildə pozulub və bunun nəzarətə götürülməsini sizdən xahiş edirəm. Əsassız yerə işə xitam verən 34-cü polis bölməsinin əməkdaşı Ramil Əhmədovun cəzalandırılmasını sizdən xahiş edirəm”.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26