Interposta.Info

.

Manşet / Paradoks / Ölkə
 9-02-2017, 08:55     3 378

.

MƏMUR ÖZBAŞNALIQLARINDAN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT
interposta.info daxil olan həmin müraciəti bəzi redaktə və korrektələrlə təqdim edirik:


Cənab Prezident Sizə dəfələrlə yazmışam, amma sizə məktubumu çatdırmıllar. Təkrar yazaraq üzləşdiyim problemi bir daha açıqlamaq istəyirəm.
2013 ildə seçki qabağı çıxışlarınızda korupsiya ilə mübarizədə vətəndaşların fəallıq göstərməsini dəfələrlə bildirmisiniz. Mən də sizə bildirirəm ki, Dərin Özüllər zavodunda fəaliyyət göstərən korupsioner qrupu ifşa etdim. Bundan sonra onların himayədarı İxtiyar Axundov və onun əlaltıları məni 25 il qüsursuz fəaliyyət göstərdiyim zavoddan qovdular. Mən üç dövlət müşavirinin qəbulunda olub şikayət məktublarımı onlara təqdim etdim, xeyri olmadı. Mən məktublarımda cinayətkarların cəzalanmasın xaiş edirəm deyə məni eşidən yoxdur? Cəzasız qalmaqları onların yüksək vəzifəli məmurlar tərəfindən himayədarlıq olunmasına sübutdur. İndi bu belədirsə bəs onda sadə vətəndaşlara müraciət edəndə onları işsiz qoyurlar? Onlara deyəndə ki, prezidentə yazacam cavabları o, oldu ki, “get kimə yazırsan yaz - gücün çatmıyacaq”. Bu cür harınlamış cinayətkarlar dövlətdə ağalıq etmələrinə səbəbkar kimlərdir. Bir epizodda 2.000.000 ABŞ dolları pul qazanan cinayətkar belə danışmalıdır. Çünki cəzasız qalmasına və yeri gələndə haqqın verib canın qurtarmasına əmindir. Köməkdarlıq etməyinizi Sizdən xahiş edirəm Cənab Prezident. Arif Cavadov

interposta.info

.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26