Interposta.Info

Azərbaycanda koronavirusa yoluxmuş şəxsləri müalicə edən həkim kimdir?

Müxtəlif
 20-06-2020, 08:50     1 137

Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. COVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, bir çox ölkə və ərazidə yayılıb, 400 mindən çox insan ölüb.

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər.

Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır. Elmi lədun bilicisi, psixoloq, parapsixoloq Paşa Yaqub koronavirusa yoxumuş xəstələri videoseansla sağaltdığını iddia edir. O, bununla bağlı “ koronavirus dərmansız da sağaları” başıqlı braşürlər də çap etdirib. Braşürdə virus necə insan bədənində yox etdiyini və sağaltdığı insanların fikirləri əks olunur.

“Koronavirusu mən videosesans etməklə sağaldıram. Video vasitəsilə efir enerjisinin dalğalarını ötürürəm. Necə ki, televiziyalar dalğaları ötürür, məndə dalğaları ötürərkən bədənə yayılır. Təz nəşrdən çıxmış braşürdə də koronovirusadan sağalmış insanlar fikirlərini bölüşüb. Nəfəs alamayan və qızdırması düşməyən insanlar bir neçə seansla sağalıblar. Əgər nəticə pozitiv çıxıbsa, enerjini ötürməklə və bu bir neçə seansla neqativə çevirilir. Koronavirus özü də neqativ enerjidir. Daxil olur bədənə və mən həmin mənfi enerjini müsbət enerjiylə əvəz edirəm”.

Paşa Yaqub, virusa yoluxmuş şəxsləri yalnız görüntülü qəbul etdiyini və dünyanın bir çox ölkələrindən olan xəstələri sağaltdığını qeyd edir:

“Adətən virusa yoluxmuş şəxsləri üzbəüz qəbul etmirəm. Yalnız görüntülü qəbul edərək seans edirəm. Türkiyə, Almaniyada, İspaniyada, Rusiyada və başqa ölkələrdə virusa yoluxmuş şəxsləri təxmini 5-6 seansa sağaltmışam. Sağaltdıqdan sonra yenidən yoxlanıldıqdan sonra həmin şəxslərdə virus aşkarlanmamışdır. Amma bir-iki seansdan sonra həmin şəxs yaxşılaşmağa doğru gedir və rahat nəfəs almağa başlayır”.

Parapsixoloqun koronavirus bəlasından xilas etdiyi şəxslərdən biriylə həmsöhbət olduq. Türkiyədə təhsil alan tələbə Seymur Ağayev Paşa Yaqubun tətbiq etdiyi bir neçə seansla koronavirus bəlasından qurtulduğunu bidlirir:

“Nəhayət ki, xəstəxanadan çıxdım. Koronavirus bəlasından qurtuldum. Mənə Xəstəxanada baxan həkimlərə, bütün narahat olan dostlara və ən əsası doktor. Pasha Yaquba öz minnətdarlığımı bildirirəm. Mən xəstə olduğum vaxt dostlardan birisi mənə Paşa Yaqubla əlaqə yaratmağımı söylədi. Mən eyni gecədə doktor Paşa Yaquba whatsapda yazdım. Sabah Doktor mənə cavab verdi. Və mənimlə online şəkildə bir neçə seans etdi. Və hələ ilk seansdan mən özümü çox yaxşı hiss etməyə başladım. Və zamanla artıq özümü çox rahat hiss elədim. Və nəhayət dünən mənə bir daha Koronovirus testi olundu. Nəticə neqativ çıxdı. Və mən artıq bu gün xəstəxanadan ayrıldım. Başda Pasha Yaquba və Türkiyə Cumhuriyəti, Tokat dövlət xəstəxanasının həkimlərinə, sonra isə mənə bu zamanlarda dəstək olan bütün dostlara təşəkkür edirəm. Hər kəsə inamlı olmağı tövsiyyə edirəm”.


Koronavirus dünyada sürətlə yayılır. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Bütün bunlar isə ciddi psixoloji gərginliyə səbəb olur. Bəs insanlar belə vəziyyətdə nə etməlidirlər? Psixoloq Gülnar Orucova, Azərbaycanda karantin rejimi tətbiq olunandan insanlarda daha da bədbinləşmə müşahidə olunduğunu bildirdi:

“Bütün dünyada insanlar sərbəstçiliyə öyrəşib. İnsanların sərbəstliyinə müəyyən məhdudiyyətlər olanda və bu məhdudiyyətlər insanların həyatını çətinləşdirəndə bu aqressiyaya səbəb olur. Bu aqressiyanı da insanlar müxtəlif cür büruzə verməyə başlayır. Azərbaycanda karantin rejimi tətbiq olunandan insanlar daha da bədbinləşib. Bəzi insanlar xəstəliyin ciddiliyini qəbul edir, bəziləri isə yox. Xəstəliyin ciddiliyini qəbul edən insanlarda panikalar əmələ gəlir. Evdə daha çox sıxıntı çəkməyə başlayırlar. Daim insanlardan özlərini qorumağa çalışırlar. İnsanların psixologiyasına karantin rejimi pis təsir edir”.

Hər şeyə rəğmən bilməliyik ki, qəbul edilən qərarlar ilk növbədə ailənin və karantində qalanın təhlükəsizliyi üçündür və ən doğru addımdır. Təbii ki, darıxma, həsrət hissi var, ancaq bunlar müvəqqətidir. Yenə də təmkinli olaraq qərara hörmətlə yanaşmaq lazımdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26