Interposta.Info

Azərbaycanda koronavirusa görə 140 nəfər reanimasiyadadır (STATİSTİKA)

Müxtəlif
 9-06-2020, 10:29     562

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

"İnterPosta" TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 515 test edildiyi bildirilib.

Hazırda koronavirusa yoluxan 140 nəfər reanimasiyada müalicə alır. Onlardan 20 nəfəri süni tənəffüs cihazına qoşulub.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 343 391 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26