Interposta.Info

Oksford Universiteti alimlərinin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək

Müxtəlif
 22-04-2020, 09:41     355

Oksford Universiteti alimlərinin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd cümə axşamı sınaqdan keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkənin Səhiyyə naziri Mett Hankok peyvəndin insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlayıb.

Britaniyanın peyvənd tədqiqatlarına digər ölkələrdən daha çox pul ayırdığını deyən Hankok, Oksford Universitetində və London İmperial Kollecində aparılan araşdırmalarda uğurlu nəticələr əldə edildiyini bildirib. O, hökumətin bu iki universitet tərəfindən həyata keçirilən peyvəndlər üçün 20 milyon funt sterlinq pul ayırdığını söyləyib.

Həmçinin İmperial Kollecin “Twitter” hesabında peyvəndləri sınamaq üçün könüllülər axtarıldığı qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26