Interposta.Info

Peyvənd “növbəsi” Azərbaycana nə zaman çatacaq və haradan gətirləcək?

Paradoks
 23-07-2020, 17:49     1 012

"Peyvəndin hazır olub, insanlar üzərində sınaqdan keçirilib, kütləvi istehsala buraxılması an məsələsi deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Aqil Qeybulla koronavirusa qarşı hazırda bir neçə ölkədə hazırlanan peyvəndin Azərbaycana ən yaxşı halda nə zaman gəlib çatacağından danışarkən deyib. Professor qeyd edib ki, bunun üçün müəyyən zamana ehtiyac var:

"Peyvənd özünü necə aparacaq, xəstəyə necə təsir edəcək, bunun özü də hələ sual altındadır. Əsas məsələ virusdan qorunmaqdır. Ola bilsin ki, peyvənd hazır olub Azərbaycana gələnə kimi heç ona ehtiyac olmayacaq. Peyvənd məsələsinə önəm vermək lazım deyil. Əgər peyvənd dünya çapında özünü göstərsə, infeksiyanın dalğaları azalsa, onda ölkələr reystrə salınacaq. Hər ölkə, xüsusi ilə iqtisadi baxımdan güclü olan ölkələr onu almaq istəyəcək. Ya da ola bilsin ki, Ümumdünya Səhiyyə Təşkilatının humanitar yardımı çərçivəsində peyvəndlənmə aparılsın. Burada müxtəlif mexanizmlər işə düşə bilər.

Azərbaycan da bir neft ölkəsidir, müəyyən resursları var. Hesab edirəm ki, Azərbaycan Türkiyə və başqa ölkələrdən peyvənd ala bilər. Ən əsas odur ki, peyvənd effektli olsun. O da mənə real görünmür. Bu infeksiya uzun müddət davam edə bilməz. Nəfəs yollarının infeksiyaları ən uzağı bir il davam edir. Biz gələn il COVİD_19-u deyil, başqa bir koronavirusu görəcəyik".

Respublikanın Baş İnfeksionisti Cəlal İsayev isə bildirib ki, peyvəndlər bütün dünyada hazır olub, sınaqdan keçirildikdən sonra Azərbaycana gələcək:
"Hansı effektli və əlverişli olsa, həmin ölkələrdən də peyvənd alıb istifadə edəcəyik. Başqa yol yoxdur. Seçim edəcəyik, Rusiya, Türkiyə, Almaniya, Amerika və s. kimi ölkələrin istehsalı olan peyvəndlərin hansı effektli və qiymətləri bizə münasib olsa onu alacağıq. Bu günlərdə Rusiyanın verdiyi məlumata görə, onlarda peyvənd hazırlanır. Hətta məlumatda onu da bildiriblər ki, artıq birinci mərhələ sınaqdan keçirilib. Nə dərəcədə dəqiqdir, onu deyə bilmərəm. O ki qaldı Azərbaycana, bizdə hələ peyvənd hazırlanmır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26