Interposta.Info

Lənkəranın icra başçısı Taleh Qaraşov sakinin DOST kartın mənimsəyib -FOTO

Müxtəlif / Manşet
 14-01-2020, 10:25     769

Azərbaycan Prezidenti İlham Əliyev icra başçıların nə qədərdə tənbeh etsə də, bu varlıqlara töydə yoxdur
İnterPosta.info xəbər verir ki, jurnalist Cavanşir Həsənli Lənkəran rayon icra hakimiyyətinin başçısının "kart siyasəti" haqqında məlumat paylaşıb.

Məlumat aşağıdakı kimidir:

Lənkəran sakini HEYDƏRLİ BABƏK XEYBƏR OĞLU rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır.
Amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur.


Çünki Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir.
Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran icra hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

İnterPosta.info olaraq qarşı tərəfi dinləməyə hazırıq

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26