Interposta.Info

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Rusyada sərvəti üzə çıxdı

Müxtəlif / Paradoks
 23-12-2019, 09:41     1 679

Taleh Qaraşovun Rusyada biznesi olması barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

"İnterPosta.info"nun məlumatına görə jurnalist aşağıdakı məlumatları paylaşıb.

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun vaxtilə polis orqanlarında işləmiş oğlu Vüsal Qaraşov ötən bir neçə il ərzində Rusiyada bizneslə məşğul olub.
İcra hakiminin oğlu 2017-ci ilin aprelin 20-də Rusiyanın Vladimirsk vilayəti, Suduqosk rayonu, Muromtcevo qəsəbəsində meyvə və tərəvəz şirələri istehsalı ilə məşğul olan "AZ İNVEST QRUP" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АЗ ИНВЕСТ ГРУП") qeydiyyatdan keçirib. Şirkət 10 min rubl nizamnamə kapitalı ilə vilayətin 1 nömrəli vergi idarəsində 1173328006070 saylı lisenziya alıb, qəsəbənin Pervomaysk küçəsi 70 ünvanındakı binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib. Şirkəti Bursikova Yekaterina Vasilevna adlı şəxs idarə edib.
2019-cu ilin yanvarında Vüsal Qaraşov şirkətin ləğv olunması üçün yerli vergi orqanlarına müraciət edib. Şirkət hazırda ləğvolunma prosesindədir.
Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26