Interposta.Info

Həbs edilən icra başçısının oğlu şəhərdə nömrəsiz "Ferrari" idarə edirmiş - FOTO

Müxtəlif / Paradoks
 20-12-2019, 13:25     2 405

Dövlət Təhlükəsizliyi Xidməti tərəfində həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin adı vaxtilə "Kapital Bank"ın Mingəçevir filialında baş vermiş yarım milyonluq yeyintidə hallanıb.
"İnterPosta.info" xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, o zaman Ramal Quliyev filialın rəhbəri idi və bankda 500 min manat "yoxa çıxandan" sonra ordakı işini tərk etmişdi.

Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin adı vaxtilə "Kapital Bank"ın Mingəçevir filialında baş vermiş yarım milyonluq yeyintidə hallanıb. O zaman Ramal Quliyev filialın rəhbəri idi və bankda 500 min manat "yoxa çıxandan" sonra ordakı işini tərk etmişdi.


Şəkildəki həbs olunmuş icra başçısının Goranboydakı villası və kiçik oğlunun şəhərdə şütüyən nömrəsiz "Ferrari"sidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26