Interposta.Info

Sevinc Müqabilqızı: "Qələminin mürəkkəbi qurumayacaq qardas"! - Jurnalistin bacısı söz verdi...

Müxtəlif
 25-10-2019, 18:00     10 354

Qardaşım, tanınmış mərhum jurnalist Zabil Müqabiloğlunun həyat hekayəsinə çox qısa ekskursiya...

O, jurnalistkaya xüsusi həvəslə gəlmişdi. Nə az, nə çox, düz 19 il yazdı, yaratdı. Zabil Müqabiloğlu jurnalistikaya öz imzasını qızıl hərflərlə atdı, öz “möhürünü” vurdu. Harada çalışdısa, onu peşəkarlığına, səmimiyyətinə mərdliyinə və düzgünlüyə görə sevir, hörmət edirdilər. Zabil jurnalist kimi Avropa Şurası Parlament Assamblesyasının tədbirlərinə tez-tez qatılır orada müxtəlif ölkələrin numayəndələrindən müsahibələr alırdı. Zabilin ömrü sanki bir roman idi. Bütün dramatik anları, sevincli və kədərli ağır sükutlu və dönüşləri ilə...

Sadəcə bu roman tez bitdi yaxşı filimlər kimi. Zabil xoş zarafatları, yüksək insanı keyfiyətləri, zəhmetkeş peşəkar qələmi ilə, hər zaman doğmalarının və həmkarlarının xatirəsində əbədi yaşayacaqdır! Ruhun şad olsun qardaş...

Bu həyatda olduğum müddətdə, sənin dilindən, sənin qələmindən yazacam, qələminin mürəkkəbi heç vaxt qurumayacaq Zabil!

Çox sevdiyin bacın Sevinc Müqabilqızı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26