Interposta.Info

7 yaşlı Fatimə Mehirban xanıma müraciət etdi

Müxtəlif / Manşet
 29-08-2019, 19:12     10 658

7 yaşlı Fatimənin müraciətin olduğu kimi təqdim edirik

Şamaxı rayonu Muğanlı kənd sakini 7 yaşlı Mustafayeva Fatimə Polad qızı tərəfindən

MÜRACİƏT


Hörmətli Mehriban xanım mən 2012-ci il tarixdə anadan olmuşam.7 yaşım var. Ancaq imkansızlığa görə məktəbə gedə bilmirəm. Özüm leykoz xəstəsiyəm ki, buna görə mənə əlillik dərəcsi təyin edilib.Bir neçə il əvvəl zəlzələ nəticəsində evimiz uşduğu üçün qohumumun tövləsində qalmışıq.Ailəmizdə 4 nəfərik atam və anam heç bir yerdə işləmirlər. Zəlzələ nəticəsində Şamaxı rayonunun Muğanlı kəndində çoxlu sayda evlər uçdu.Buna görə qonşu Meysəri kəndində evi uşmuş ailələrə dövlət tərəfindən yeni mənzillər inşa eilib istifadəyə verildi.Ancaq bizim ailəyə heç bir əsas olmadan yeni mənzil verilmədi. Atam savadsız olduğu üçün heç bir yerə müraciət etmədi.Düz 5 ildir ki, evsizik qohumumun tövləsində qalmışıq.Hazırda yaşamağa evimiz yoxdur.Özüm leyxoz xəstəsiyəm ki, buna görə çox əziyyət çəkirəm.Arzum odur ki, az qalmış ömrümün bir neçə ilini yeni mənzilimiz olsun orada yaşayaq valideyinlərim əziyyət çəkməsinlər. Yazıb oxumağı mənə anam öyrədir.İmkansılıqdan bu ildə məktəbə gedə bilməyəcəm.Ancaq oxumaq istəyirəm.
Mən qohumlarımın evinə gedəndə televizora baxanda Mehriban xanımın yetimlər evində olan uşaqlara baş çəkməsini görmüşəm.İnanıram ki, Mehriban xanım çöldə yaşayan bizim ailənidə yoxlayıb kömək edəcək.Ən böyük arzum evimiz olsun atam anam və bacım xoşbəxt yaşasınlar.Hörmətli Mehriban xanım sizə yalvarıram mənim bu müraciətimdə göstərdiyim yaşadığımız yerə baxıb yeni mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz.

Əlaqə telefonu; (055) 834-59-81 anam Günel

İnterPosta.info

7 yaşlı Fatimə Mehirban xanıma müraciət etdi
7 yaşlı Fatimə Mehirban xanıma müraciət etdi7 yaşlı Fatimə Mehirban xanıma müraciət etdi7 yaşlı Fatimə Mehirban xanıma müraciət etdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26