Interposta.Info

Gömrük Komitəsində 5 milyondan artıq əsassız ödəniş - İş DTX-ya göndərildi

Müxtəlif / Manşet
 27-08-2019, 18:41     10 646

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat, Bakı Baş Gömrük İdarəsində isə 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkarlanıb.

"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı üzə çıxıb.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində aşkarlanan 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişin dövlət büdcəsinə bərpa edilməsi mümkün olmayıb, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aşkarlanan 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişin isə dövlət büdcəsinə bərpası təmin edilib.

Hər iki fakt üzrə sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26