Interposta.Info

“Erməni soyqırımı”nın təbliği ilə bağlı yeni layihəyə start verib

Müxtəlif / Paradoks
 30-12-2018, 12:43     10 963


Ermənistan xeyli müddətdir ki, qondarma “soyqırım” üzrə “mütəxəssislər”in hazırlanmasına xüsusi maraq göstərir. "Erməni Soyqırımı Muzeyi İnstitutu” vəqfi qondarma “erməni soyqırımı”nın təbliği ilə bağlı yeni layihəyə start verib.

Mövzuyla bağlı beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova İnterPosta.info-ya açıqlama verib:

“Uydurma "erməni soyqırmı" ilə bağlı Ermənistanda dövlət səviyyəsində, eləcə də diaspora daxilində həmişə iş aparılıb və bu cür təqaüdlərin verilməsi proqramı da dünyanı növbəti dəfə "soyqırım" yalanları ilə aldatmaq siyasətinin tərkib hissəsidir. Ermənilər tarix boyu özlərinin mənfur planlarını həyata keçirmək üçün işləri düşən başqa xalqlara nökərçilik etməklə yanaşı, həm də digər millətləri ən müxtəlif vasitələrlə ələ almağa, bu məqsədlə onlardan istifadə etməyə çalışıblar. Əcnəbilərə uydurma "soyqırımı"nı araşdırmaq üçün təqaüd verilməsi, Ermənistanda qalıb araşdırma aparması üçün hər cür şəraitin yaradılması da onları öz tərəfinə çəkib, ermənilərin özlərinin deyil, qeyri millətlərin dili ilə guya "soyqırım" olduğunu dünyaya sırımaqla daha inandırıcı olmasını istəyirlər.

“Erməni soyqırımı”nın təbliği ilə bağlı yeni layihəyə start verib

Ermənistan həm də dünyanın müxtəlif ölkələrindən olan ermənişünaslara dövlət mükafatları, orden və medallar təsis edib. Həmin yolla onlar tarixçiləri, alimləri ələ alaraq guya qədim, zəngin tarixə malik xalq olduqlarını onların əli ilə sübut etməyə çalışırlar. Bu gün ermənilərin tərəfində çıxış edən dünyanın müxtəlif ölkələrindən olan ermənipərəst şəxslər də bu cür mükafatlandırılıblar. Yaxşı olardı ki, biz də dövlət olaraq Azərbaycan tarixi, xüsusilə Qarabağın tarixi, ermənilərin bizə qarşı törətdikləri soyqırımlar, deportasiyalarla bağlı proqram təsis edək və əcnəbi alimləri, gənc tədqiqatçıları bu işə cəlb edək. Avstriya alimi Erix Fayqlın yazıları ermənilərin bütün təbliğatını alt-üst edirdi, çünki o, türk, yaxud azərbaycanlı olsaydı bunları milli təəssübkeşlikdən çıxış edərək yazdığı düşünülərdi. Lakin bir əcnəbi alimin yazdığı dünya ictimaiyyətində daha obyektiv təsir bağışlayar. Ona görə də, biz Fayqlın yolunu davam etdirən gəncləri bu işə cəlb etməliyik. İndiki informasiya savaşında bu, çox vacibdir. Təklif edərdim ki, Ermənistanın yalançı siyasətində iştirak edən, onu təbliğ edən, erməni diasporasının əlində alət olan əcnəbilər də bizim XİN-in arzuolunmaz şəxslər siyahısına əlavə edilsin. Ona görə XİN-də "qara siyahı" ya salınsınlar ki, əgər Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini pozub Qarabağa icazəsiz səfər edənlər bizim ərazi bütövlüyümüzə hörmətsizlik ediblərsə, uydurma "soyqırım" təbliğində iştirak edən və başqa erməni yalanlarına alət olan alimlər, tədqiqatçılar da tarixi obyektivlikdən uzaq təqdim etməklə tarixə xəyanət ediblər, həm də onların ermənilərə alət olması Azərbaycana, eləcə də Türkiyəyə qarşı yönəlmiş hərəkətdir. Qarabağa icazəsiz səfər edənlər bəzən aldadılıb oraya aparıldıqlarını deyirlər və bizdən üzr istəyirlər. Ermənistana turist kimi gedən və yaxud digər işgüzar və s. məqsədlə səfər edən şəxslərə gəzinti məqsədilə Ermənistanın bir bölgəsinə aparıldıqları deyilir, onlar aldadılıb Qarabağa keçirilir. Sonradan adının XİN arzuolunmaz siyahısında görən həmin insanlar üzr istəyib, bunu bilmədən etdiklərini deyirlər. Lakin şüurlu şəkildə saxta erməni tarixini araşdıran, təbliğ edən, bu barədə kitab yazan, kinofilm çəkən, rəsm sərgisi keçirən şəxslər axı bunu bilərəkdən edirlər. Onlar öz intellektual imkanlarını maddiyyat və s. qarşılığında ermənilərin saxta təbliğatına alət etməklə bizə qarşı düşünülmüş, şüurlu, bilərəkdən iş aparmış olurlar. Odur ki, həmin şəxslərin də araşdırılıb XİN məlum siyahısına salınmaqla, Azərbaycana gəlişinə qadağa qoyulmasını təklif edirəm.”
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26