Interposta.Info

"Türk dünyasının yeni məsələləri və həll yolları"

Müxtəlif
 11-12-2018, 23:45     859

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli 2018-ci il dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfransda iştirak edəcəkdir.
Konfransda Türk dünyasının əsas problemləri və əngəlləri, eyni zamanda yeni hədəflər barədə məsələlər səsləndiriləcək. Bu barədə İnterPosta.info-ya məlumat verən F. Ələkbərli bildirdi ki, dekabrın 22də isə İstanbulda "Azərbaycan türklərinin qarşısında dayanan yeni hədəflər və vəzifələr" mövzusunda da konfrans təşkil edəcək. Hər iki konfransda məqsəd Türk birliyi, bu birlikdə Azərbaycan türklərinin birliyinin vacibliyini ortaya qoymaqdır.

İnterPosta.info

"Türk dünyasının yeni məsələləri və həll yolları"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26