Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb

"XeberBiz" bildirir ki, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkolojiya İnstitununun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb.
Bu barədə bizə məlumat verən Faiq Ələkbərli bildirib ki, “Təhlükədəki Türk dilləri” mövzusuna həsr edilmiş Beynəlxalq konfransda Azərbaycanı o təmsil edəcəkdir. Azərbaycan alimi Konqresdə “Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)” mövzusunda məruzə edəcəkdir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26