Interposta.Info

Binədəki dəhşətli qəzanın səbəbi açıqlandı

Müxtəlif
 1-10-2018, 17:16     10 407

Xəbər verdiyimiz kimi Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu yük qatarı ilə toqquşub.

"XeberBiz" xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlama verən Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova hadisədə qurumun heç bir günahı olmadığını söyləyib:

"Bu məsələdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin heç bir günahı yoxdur. Keçid qorunan keçiddir və həmin an yol hər iki tərəfdən bağlı olub. Burada qatarların maksimal hərəkət sürəti 40 km/saat nəzərdə tutulub, hətta maşinist qatarı 30 km/saat sürətlə idarə edib. Buna baxmayaraq bütün avtomobillər dayanıb gözlədiyi halda avtobus sürücüsü keçə biləcəyini düçünərək sürətlə qatar xəttinə çıxıb və qəza baş verib. Mən hazırda hadisə baş verən əraziyə gedirəm. İctimaiyyətə daha ətraflı məlumat verəcəyik".

Qeyd edək ki, qəza nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26